Oktyabrın 27-28-də Bakıda “Keepface DMCC” və “International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək “Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot “Sofiya”nın çıxışı olacaq.
Qaynarinfo.azsv xəbər verir ki, “Hanson Robotics” şirkətinin süni intellekt əsasında hazırladığı “Sofiya” insana xas olan nitq qabiliyyətinə, yumor hissinə malikdir və müəyyən edilmiş suallara cavab verə, həmçinin qoyulmuş mövzulara aid sadə söhbətlər apara bilər. Göz təması qurmaq və insanları tanımaq üçün bu robot kameralar və proqram sistemi ilə təchiz edilib. “Sofiya” Səudiyyə Ərəbistanı vətəndaşı da elan olunub.
Tədbirdə “Google”, “Microsoft”, “Forbes” və “İnstaqram” şirkətlərinin yüksək səviyyəli menecerləri də iştirak edəcəklər.
Növbəti ay ərzində tədbirin əsas spikerlərinin adları açıqlanacaq. Məlumata görə, iki həftə müddətində biletlər təşkilatçı şirkət “FA International Trade Events” tərəfindən satışa çıxarılacaq.