Rafael Cəbrayılov mandat səlahiyyətlərinə xitam verilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməsinə aydınlıq gətirdi.
Bu barədə “Ölkə.Az”a açıqlama verən deputat mandatından imtina edərək, istefa verən Rafael Cəbrayılov deyib ki, prosedur qaydaya uyğun olaraq MSK-ya mən yox, Milli Məclis müraciət edəcək.
“Prosedur qaydaya uyğun olaraq mandatan imtina ilə bağlı Milli Məclisə müraciət edirəm, parlament də öz növbəsində MSK-ya müraciət edərək deputat fəaliyyətimə xitam verilməsi barədə qərar çıxarır”, - R.Cəbrayılov deyib.
Qeyd edək ki, dünən – sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etdiyini bildirib.
Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 2-də iclası keçiriləcək.
İclasda Milli Məclisin millət vəkili Rafael Cəbrayılovun mandatına xitam verilməsi ilə bağlı müraciətinə baxaraq müvafiq qəbul edəcək.
Xatırladaq ki, deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
Daha sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib.