Ona etibar edilən bütün işlərdə Vəfadar Orucov özünü doğruldub

Ona etibar edilən bütün işlərdə Vəfadar Orucov özünü doğruldub “Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
Ulu öndər Heydər Əliyev


Bu gün Azərbaycan Polisi respublikamızın ərazi bütövlüyünün, dövlətin konstitusiya quruluşunun qorunmasında önəmli xidmətləri və güclü nizam-intizamı olan mühüm bir dövlət təsisatıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində fəaliyyəti daim təkmilləşən, xidməti vəzifələri səmərəli yerinə yetirmək üçün bütün lazımi şəraitə, müasir maddi-texniki bazaya və infrastruktura malik polis orqanları cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə, asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Vətən müharibəsi günlərində hərbi vəziyyətin təmini vəzifələrini də layiqincə yerinə yetirmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə önəmli xidmətini, həmçinin xüsusi karantin rejiminə nəzarət funksiyalarını əzmlə həyata keçirir.

Vəfadar Orucov cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə və xalqımıza sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucovdur.

Qanuninfo.az olaraq bildirirk ki, Zaqatala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Vəfadar Orucov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Vəfadar Orucov Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazov kimi Ulu Öndər Heydər Əliyevə dəyər verməkdən zövq alır!

Vəfadar Orucov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vəfadar Orucov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Cənab Vilayət Eyvazovdan nümunə götürən Vəfadar Orucovun böyüklüyü onun sadəliyində, Prezident İlham Əliyev siyasətinə və insanlara insani münasibətindədi!

Vəfadar Orucov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vəfadar Orucov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala rayon Polis şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vəfadar Orucov özünü doğruldub. Bizdə hörmətli Vəfadar Orucovu Cənab nazir Vilayət Eyvazovun rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik.

Oxşar xəbərlər