Oqtay Məmmədov: Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsinin ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir - ÖZƏL

Oqtay Məmmədov: Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsinin ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir - ÖZƏL Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Oqtay Məmmədovdur.

Oqtay İlyas oğlu Məmmədov 17.06.1963-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur.

1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu,
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir.

1986-2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində,
İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində
müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.

2006-2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir.

2013-2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur.

05.07.2016-cı il tarixdə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə
daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.

Ədliyyə general-mayorudur.


Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Oqtay Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Oqtay Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Oqtay Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Oqtay Məmmədovdan danışdılar yaxşı ki, Oqtay Məmmədov Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki təyin olunub… Oqtay Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….

Oqtay Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Oqtay Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.

Oqtay Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Oqtay Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Oqtay Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Oqtay Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Oqtay Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Oqtay Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Oqtay Məmmədov özünü doğruldub. Bizdə hörmətli Oqtay Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Penitensiar xidmətin rəis müavini ədliyyə polkovniki Oqtay Məmmədov - Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsinin ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf etdiyini, ümummilli liderin layiqli davamçısı və siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi altında ədliyyə işinin daha da inkişaf etdiyi və təkmilləşdiyini vurğulamışdır. Ədliyyə işçilərinin ulu öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacaqlarından əminlik ifadə olunmuşdur.

Oxşar xəbərlər