Atamoğlan Babayev: «cənab Əhməd Əhmədzadənin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır

Atamoğlan Babayev: «cənab Əhməd Əhmədzadənin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi haqqında» 23 noyabr 2004-cü il tarixli fərmanı ilə komitə ləğv edilərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, «Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 23 fevral 2006-cı il tarixli 372 nömrəli fərmanı ilə agentliyin bazasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti («Azmelsutəsərrüfat» ASC) yaradılmışdır. O, meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərən və səhmləri dövlətə məxsus səhmdar cəmiyyətidir.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır


Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayev - Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Bərdə əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Atamoğlan Babayev: «cənab Əhməd Əhmədzadənin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədir.

Atamoğlan Babayev: «cənab Əhməd Əhmədzadənin diqqəti sayəsində melorasiya və su təsərrüfatı sahəsində bir çox layihələr başa çatdırılmışdır



Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Əhməd Əhmədzadəni nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Əhməd Əhmədzadə deyil, həm də "Azərbaycan digər vəzifəli sədrləri də hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Əhməd Əhmədzadəni şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Əhməd Əhmədzadənin şəxsi və işgüzar nüfuzuna xələl gətirmək istəyən insanların çirkin niyyətinə çatmayacağı da hamıya məlumdur. Görəsən həmin saytlar nəyə görə hazırda Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir.

“Qara mətbuat”da Əhməd Əhmədzadənin tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Əhməd Əhmədzadənin dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Əhməd müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin tapşırıqlarını şərəflə yerinə yetirən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə işlərin yüksək səviyyədə qurulmasına nail olub.

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Əhməd Əhmədzadə haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Əhməd müəllimin özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir

Oxşar xəbərlər