Ərdoğandan Davudoğlu mesajı: “Kənara atarıq!”

Ərdoğandan Davudoğlu mesajı: “Kənara atarıq!” Ölkədə fitnə ocağının yandırılmasına izn verməyəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı deyib.

Türkiyə mediası Ərdoğanın çıxış zamanı keçmiş Baş nazir Əhməd Davudoğluya mesaj göndərdiyini yazıb:

“Bizim üçün mühüm olan millətin duasıdır. Əgər kağız üzərində üzvümüz olan biri bizdən könlünü ayırıbsa, onu ayırıb kənara atmaqdan çəkinməməliyik”.

Ərdoğan, həmçinin, bələdiyyələrdə PKK terror təşkilatına yaxın olan şəxslərin yer almasına icazə verməyəcəklərini vurğulayıb.

Oxşar xəbərlər