Amerikalı yarışçı qadın rekord naminə həlak oldu

Amerikalı yarışçı qadın rekord naminə həlak oldu Məşhur amerikalı yarışçı və teleaparıcı Cessi Kombs həlak olub.

Faciə 27 avqust tarixində baş verib. 36 yaşlı Cessi reaktiv avtomobil ilə rekorda imza atmaq istəyib.

Autoblog-un məlumatına əsasən, hadisə Alvorda səhrasındakı gölün qurumuş dibində baş verib.

Kombs 996 km/saat sürətlə hərəkət etmək istəyib və qəzaya uğrayıb. Cessi “All Girls Garae”, “Extreme 4×4” verilişləri ilə də tanınırdı. O, “Əfsanələri dağıdanlar” şousunun aparıcısı da olub.

Onu dörd təkər üzərində ən sürətli qadın adlandırırdılar. 2013-cü ildə Cessi reaktiv avtomobil ilə 623 km/saat sürətlə hərəkət edərək qadınlar arasında rekorda imza atmışdı. 2016-cı ildə Kombs yeni rekord-769 km/saat sürət həddinə çatıb.

oxu.az

Oxşar xəbərlər