
Bizimyol.info xəbər verir ki, təkcə Səudiyyə Ərəbistanı vətəndaşları son 17 ildə qonşu, qardaş ölkədə 2 milyon kvadratmetrdən çox (200 hektar) torpaq alıb. Səudiyyəlilər 2003-cü ilə qədər 57 min kvadratmetr əraziyə sahib çıxmışdı.
Səudiyyə Ərəbistanı vətəndaşları Türkiyədə əmlak əldə edənlərin siyahısına başçılıq edir. Dəqiq rəqəmlərlə danışsaq, söhbət 2 milyon 611 min 274 kvadratmetrdən gedir.
Almanlar da çox fəallaşıb. Onların sahib çıxdığı ərazi 1 milyon 665 min 441 kvadratmetrə çatıb.
Bu istiqamətdə küveytlilər də fərqlənməyə başlayıb. Maraqlıdır ki, onlar 2003-cü ilə qədər Türkiyə bazarına maraq göstərmirdi. İndi isə küveytlilərin hesabında 894 min 434 kvadratmetr var.