Elçin Əlibəylinin "El bizim, sirr bizim" proqramında qalmaqal yaşanıb.
Baku.ws xəbər verir ki, bayağı mahnı sözlərinə həsr olunan verilişdə şair İlhamə Elşadqızı Üzeyir Mehdizadənin dinləyici kütləsini müdafiə edib:
"Mən özüm poeziyaya 20 yaşımdan gəlmişəm. 1994-cü ildən yazıram. Sözlərimə respublikanın xalq artistləri Eldar Mansurov, Cavanşir Quliyev, Şəfiqə Axundova və oğlu Taleh Hacıyev kimi bəstəkarlar mahnılar bəstələyib. Mikayıl Müşfiq, Nüsrət Kəsəmənli Vahid Əziz, Bəxtiyar Vahabzadə kimi dahilərin sözlərinə nə qədər mahnılar yazılıb. Mən Zeynəb Xanlarovanı, Müslüm Maqomayevi, Şövkət Ələkbərovanı sevirəm. Çünki mən uşaqlıqda onları görmüşəm, eşitmişəm. İndi "O mənim olmalıdır," oxuyan Üzeyir Mehdizadəni dinləyən kütləyə bir söz deyə bilmərəm. Sevirlər də onu".
Verilişin digər qonağı yazar Orxan Saffari şairin Ü.Mehdizadənin dinləyicilərini müdafiə etməsinə etiraz edib: "Üzeyirə qulaq asmaq zövqdür? Dediniz ki, yaxşı oxuyub".
İlhamə Elşadqızı sualın ona ünvanlanmasına qəzəblənib:
"Mən bura imtahan verməyə gəlmişəm? İlhamə xanımdan başqa adam yoxdur? Bütün suallar, zənglər mənə gəlir. Veriliş mənə aiddir, yoxsa bayağı mahnılara? Bu veriliş mənim həyat və yaradıcılığıma həsr olunmayıb. Şair doğulursan, olmursan. Ana bətnində veriləən istedaddır. Kim kimin sözünə mahnı yazır, mən nə deyə bilərəm axı? Məndən niyə soruşursuz? Mənim 15 yaşım yoxdur! Cavan oğlansan, yavaş danış!
Mən Üzeyiri dinləmirəm. Bəlkə sən dinləyirsən? Məm elə söz deməmişəm. Deyəsən qulağın yaxşı eşitmir. Həkimə get!"