İspaniya Sequnda təmsilçisi “Estremadura” klubu “Qarabağ”ın hücumçusu Mahir Əmrəlini transfer etmək üçün fəaliyyətini davam etdirir.
“Qafqazinfo” elperiodicoextremadura.com-a istinadən xəbər verir ki, danışıqlar davam edir və transfer məsələsi hələ də açıq qalır. İrəli xəttə lider futbolçu axtaran Almendralexo təmsilçisi Əmrəlinin transferini yekunlaşdırmaq istəyir.
Daha öncə Mahir açıqlamasında getməyə hazır olduğunu açıqlamışdı:
“Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz. Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!”.
22 yaşlı futbolçu ilə “Malaqa” və “Almeriya”nın da maraqlandığı iddia edilirdi.