Ötən gün "Qarabağ"ı ÇL-in üçüncü mərhələsində məğlub edən APOEL komandasının oyunçusu maraqlı açıqlama verib.
Rəqib futbolçu Giorgos Merkis Mahir Mədətovla oyun zamanı aralarında keçən qısa dialoqu xatırladıb: "Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu Mahir isə mənə dedi ki, qadın kimi ağlama. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sizə nə etdiyini xatırlayırsan? "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Biz ona göstərdik. Buna görə də yunan bayrağına sarılmışam".
Qeyd edək ki, "Qarabağ" səfərdə APOEl-i 2:1 məğlub etsə də, Bakıda 0:2 hesabıyla uduzaraq, mübarizəni Avroliqada davam etdirəcək.