“Araz” marketdən alınan kolbasa üfunət iyi verir – FOTOLAR

“Araz” marketdən alınan kolbasa üfunət iyi verir – FOTOLAR Bakıda “Araz” marketdən alınan kolbasa iyrənc halda olub.

Minval.info xəbər verir ki, Bakı sakini Nurlan Mirəliyev “Araz” marketlər şəbəkəsinin Nizami rayonu ərazisində yerləşən filialından Rusiya istehsalı olan kolbasa alıb.

N.Mirəliyev məhsulu alarkən üzərində son istifadə tarixinin bitmədiyini görməsinə rəğmən yenə də marketin xidmət keyfiyyətinə güvənməyib. O, kolbasanı doğrayan zaman güvənməməkdə nə qədər haqlı olduğunu anlayıb.

Belə ki, son istifadə vaxtı keçməsə də kolbasa xarab olub: “Rusiyanın ət məhsulları istehsalı olan “ЦАРИЦЫНО” kolbasasını bu gün “Araz” marketdən almışdım. Yaxşı ki, uşaq yeməmiş yoxlamaq üçün özüm kəsdim. Bu zaman kolbasadan elə bir qoxu gəldi ki, dəhşət… Bərbad bir şəkil də iylənib”.

“Araz” marketdən alınan kolbasa üfunət iyi verir – FOTOLAR


Şikayətçi qeyd edib ki, kolbasanı aldığı gün üzərindəki son istifadə tarixinə 11 gün qalıbmış. O, bunu çəkdiyi fotolarla da sübut edib.

Oxşar xəbərlər