Kiprin "Anortosis” klubunda çıxış edən milli komandamızın üzvü Araz Abdullayev gecə klubunda görünüb.
Sportal.az xəbər verir ki, Abdullayev ölkə çempionatının 32-ci turunda AEK-lə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra əylənməyə gedib.
O, komanda yoldaşları - Daniyel Pranyiç, Ruben Rayo və Qordon Şildenfeldlə birgə olub. Şildenfeld şəxsi İnstaqram hesabından diskotekadan video paylaşıb.
Azarkeşlər futbolçuların heç-heçə etdiyi görüşdən sonra əylənməsinə kəskin şəkildə etiraz ediblər. Qeyd edək ki, Araz müqavilə ilə "Qəbələ”yə məxsusdur.