İran benzin və dizel ixrac edəcək.
APA-nın məlumatına görə, bunu Təbrizdə səfərdə olan İran Prezidenti Həsən Ruhani bildirib.
O, qeyd edib ki, bu gün İran benzin və dizel istehsalında özünü təmin etməklə yanaşı digər ölkələrə də yanacaq ixrac edəcək: “Biz qaz təminatında da özümüzü təmin etməyi bacardıq”.
ABŞ-ın ağır sanksiyalarının istehsal və yeni layihələrin açılmasına heç bir əngəl yaratmadığını bildirən H.Ruhani bu sanksiyaların İran xalqının xeyrinə olduğunu bəyan edib: “Bu sanksiyalar İran xalqına ayaq üstə durmağı öyrətdi. Həmçinin yeni texnologiyalar sahəsində çox yaxşı inkişaf əldə etmişik. Son günlərə kimi avtomobil hissələrini digər ölkələrdən idxal edirdik, lakin indi daxili mütəxəssislərin səyi nəticəsində ölkə daxilində istehsal edə bilirik”.
H.Ruhani həmçinin bildirib ki, İran yaxın vaxtlarda aviasiya və hava hücumundan müdafiə sahəsində çox önəmli layihələrin açılışını edəcək. Bu layihələr ölkəmizin elm sahəsində nə qədər inkişaf etdiyini göstərəcək”.