Türkiyədə benzin bahalaşır

Türkiyədə benzin bahalaşır Qardaş ölkə Türkiyədə bu gecədən etibarən dizel təxminən 18 kuruş (təxminən 7 qəpik), benzin isə 17 kuruş bahalaşacaq.

Axar.az xəbər verir ki, bu barədə EPGİS-in məlumatında deyilib.

Belə ki, Ankarada 5,76 lirəyə satılan dizelin bir litri bundan sonra 5,94-ə satılacaq. Benzin isə 5,94-dən 6.11-ə kimi bahalaşacaq.

İstanbulda isə dizel 5,63 lirədən 5,81-ə kimi yüksələcək. Benzin də öz növbəsində 5,82 ilə 5,99 arasında dəyişəcək.

Oxşar xəbərlər