Sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının səhv yazılması ilə bağlı foto yayılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, feysbukda yayılan fotonun məlumat bölməsində qeyd edilib ki, bu barədə rayon icra başçısı Nizaməddin Quliyev belə qərar verib.
İcra hakimiyyətinin İnformasiya təminati və təhlil sektorunun müdiri Leyla İsayeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu işçilərin səhvidir: “Hər halda rayonun adı Ağstafadırsa, belə də yazılmalıdır. Sadəcə olaraq, təmir işləri hələ tam yekunlaşmayıb. Hazırda yazının fonu müəyyənləşdirildiyi üçün hərflər ora tam yapışdırılmayıb. Bir-bir hərflərin yerini dəyişərək yoxlayırlar. Fotoda da görünür ki, “S” hərfi işçinin əlindədir. Hər hərfi müvəqqəti qoyub duruş formasına baxıb qərar verirlər. Heç ola bilsin ki, orada “Ağstafa” sözü olmadı. Layihəyə uyğun olaraq yoxlanış işləri aparılır, sonda yekun qərar veriləcək”.