Sumqaytda Bakıda istehsal olunan çörəklərin satışı qadağan olunması barədə xəbər yayılıb.
Xəbərdə deyilir ki, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb və başçının müavini onlarla görüşüb. Market sahiblərinə bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunub. Onlara yalnız Sumqayıt çörək zavodunun məhsullarını satacaqları ilə bağlı xəbərdarlıq edilib".
Bundan əlavə Bakıdan Sumqayıta çörək daşıyan maşınlar şəhərə girdiyi təqdirdə cərimə meydançasına aparılacağı ilə bağlı xəbər yayılıb.
Məsələ ilə bağlı "Ölkə.Az"ın suallarını Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev cavablandırıb.
O, yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:
"Sumqayıtda Bakıda istehsal olunan çörək satılır, istəyən şəxs gəlib yoxlaya bilər. Sahibkar Bakıda istehsal olunan çörəyi qəbul etmirsə bu onun şəxsi işidir. Ancaq Sumqayıt Şəhər İcra Hakimiyyətinin belə bir qərarı, qadağası yoxdur".
Bakıda istehsal olunan çörək daşıyan maşnların Sumqayıtda aşakarlanacağı halda cərimələnəcəyinə gəldikdə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri deyib ki, fakt varsa ortaya qoysunlar:
"Sumqayıt şəhər icra hakimiyyətinin başçısı belə bir qərar verməyib. Bu qanunvericiliyə ziddir".