Komissiyanın üzvü: “Sərəncam olarsa, təbii ki, çox yaxşı olar…”
Ötən ilin avqustunda əfv sərəncamının verilməsi bu il də ənənənin davam etdiriləcəyinə ümid yaradıb. Avqustun sonunda əfv sərəncamının veriləcəyi haqda müzakirələr aparılır.
1994-cü ildən indiyədək imzalanmış 46 əfv sərəncamı ilə 5 min nəfərdən artıq şəxs cəzadan azad edilib. Sərəncamların 14-ü İlham Əliyev, 32-si isə mərhum prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 amnistiya aktı 40 min məhkuma şamil olunub. Sonuncu dəfə əfv sərəncamı bu ilin martında verilib, azadlığa çıxanların siyahısı kifayət qədər geniş olub. Məhbəsdən azad edilənlərin arasında siyasilər də az deyildi.
Azad olunan şəxslər sırasında müxtəlif beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı 50-dən çox şəxs olub. Avropa İttifaqının alqışladığı bu qərar ən böyük əfv sərəncamı kimi qiymətləndirilib. Hazırda hüquq müdafiə təşkilatının siyasi məhbus kimi tanıdığı AXCP sədrinin müavini Seymur Həzi, Asif Yusifli, jurnalist Əfqan Muxtarlı, Saleh Rüstəmov, Səid Dadaşbəyli, vəkil Əliabbas Rüstəmov həbsdədirlər. İctimaiyyətdə belə bir fikirlər var ki, bu ilin avqustunda növbəti əfv sərəncamı imzalanacaq. Ekspertlər bildirirlər ki, siyasilərin azadlığa buraxılması daha məqsədəuyğundur.
Hər zaman əfv sərəncamından öncə Əfv Komissiyasının tez-tez iclasları keçirilir. Həmin iclaslarda məhbusların ərizələrinə baxılır və siyahı hazırlanır. Adətən bu iclaslar keçirildikdə ictimaiyyətə açıqlama verilir və nə qədər məhbusun ərizəsinə baxılması ilə bağlı məlumat yayılır. Sonuncu əfv sərəncamı ərəfəsində də Əfv Komissiyasının iclasları barəsində mətbuatda tez-tez informasiyalar yayılırdı. Lakin hazırkı ərəfədə belə bir məlumatlara rast gəlinmir…
Milli Məclisin deputatı, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, əfv sərəncamının verilməsi prezidentin səlahiyyətinə aiddir: “Düzdür, ötən il belə bir sərəncam verildi. Bu ilin martında da Novruz bayramı ilə bağlı daha bir sərəncam imzalandı. Ancaq son olaraq böyük əfvin olduğunu nəzərə alaraq hesab edirəm ki, avqust ayında əfv olmaya bilər. Olarsa, təbii ki, bu, çox yaxşı olar”.
Çingiz Qənizadə əfv məsələləri ilə məşğul olan işçi qrupuna üzv olan deputatların tətildə olduqlarını da nəzərə çatdırdı.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da “Yeni Müsavat”a bildirdi ki, ötən əfv sərəncamının imzalanmasından çox az zaman keçib. Ona görə də yenidən əfvin olacağını gözləmir: “Martda böyük siyahını əhatə edən əfv sərəncamı verildi. Ötən ilin avqust ayında da əfv sərəncamı verilib. Amma bu ilin martında ayrı-ayrı şəxslərin məhkəmə qərarı və ya şərti cəza ilə azadlığa buraxılması halları ola bilər”.