Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir
Cahan.info-nun əldə etdiyi məlumata görə, bu dəfə xeyli tanınmış azad oluna bilər.
Onların sırasında AXCP sədrinin müavini Məmməd İbrahim, Gözəl Bayramlı, NİDA üzvü İlkin Rüstəmzadə ola bilər. Jurnalistlərdən Fikrət Fərəməzoğlu və Mehman Hüseynovun azad olunacağı sual altındadır.
Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamları 2018-ci ilədək adətən Novruz bayramı ərəfəsində verilib: “Bu səbəbdən də növbəti Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanması gözlənilir.
Əfv Komissiyasının katibliyi və əfv sektoru daimi işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Həmçinin, müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır.
Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq.
Komissiyanın iclaslarının çağırılması cənab sədrə məxsusdur. Amma əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir.
Əfv fərmanı Hüseyn Abdullayevə, Əli İnsanova, Cahangir Hacıyevə, jurnalist Əfqan Muxtarlıya şamil edilməyəcək.
Onlardan əlavə, Saleh Rüstəmov, Babək Həsənov və digərləri azad edilməyəcək. Məlumatlar gəzir ki, Fuad Qəhrəmanlı, Asif Yusifli, Seymur Həzi, Əlabbas Rüstəmov azad edilə bilər.
Siyasi Məhbusları Müdafiə Mərkəzi “Həbs yerlərində saxlanma şəraiti: mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələr” adlı illik hesabat açıqlayıb.
Hesabat iki istiqamətdə aparılan araşdırmaları ehtiva edir: həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.
Bildirilir ki, hesabatın hazırlanmasında məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, problemin həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına, məhbus hüquqlarının təmin olunmasına yardım göstərməkdir.
Hesabatda həbs yerlərindəki – həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarındakı vəziyyətdən, həmçinin Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsindən danışılır.
Sənəd müəllifləri hazırda ən ciddi problemlərdən birinin siyasi məhbus poblemi olduğunu vurğulayır və iddia edirlər ki, ölkədə ictimai-siyasi fəallığına, hüquq müdafiəsi, jurnalistika sahəsindəki fəaliyyətinə, dini baxşılarına görə həbs edilmiş 150-dən çox məhbus var. Azərbaycan hökuməti isə ölkədə siyasu məhbus olmadığını bildirir.
Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı qəbul edilmişdir.
Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmiş, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilmişdir.
Heydər Əliyev böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak edən insanların da bir qismini bağışlamışdır.
Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılmış və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşmüşdür.
Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Xatırladaq ki, cəmi bir il hakimiyyətdə olmalarına baxmayaraq, AXC-Müsavat iqtidarı bir neçə nəfərə ölüm cəzası vermişdi.