Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yaxınlaşdıqca əfv sərəncamının olub-olmayacağı barədə müzakirələr gedir. Sərəncamın olmama ehtimalları daha yüksək görünür. Buna səbəb də Əfv Komissiyasının son aylarda demək olar ki, iclaslarının keçirilməməsidir. Bundan əlavə, son illərdəki əfv sərəncamlarının adətən Novruz bayramında imzalanması nəzərə alınaraq gözlər daha çox mart ayına dikilib.
Amma daxil olan son məlumatlardan aydın olur ki, əfv qərarı bir çox məhbus ailələrinin gölədiyi kimi - bu ilki yeni il bayramı ərəfəsi verilə bilər. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, Əfv Komissiyasının son aylarda toplanmaması şərt rolunu oynaya bilməz.
Mənbənin söylədikləri:
"Belə bir təcrübə əvvəllər də olub. Gözlənilir ki, bu il də əfv sərəncamı imzalansın. Belə bir xoş niyyət üçün komissiyanın işinin sürətli şəkildə təşkili də imkanlar daxilindədir.Odur ki, iclasların keçirilməməsi əsas tutula bilməz".
Mənbə iddia edir ki, gələn həftədən məhz bu qərarla Əfv Komissiyası yenidən işini bərpa edə bilər.