Respublika yollarında qoyulmuş Yol Patrul Xidməti (YPX) avtomobillərinin maketləri sürücüləri məsuliyyətə cəlb etmək məqsədi daşımır.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, sözügedən maketlər sürücüləri məsuliyyətə cəlb etmək deyil, təhlükəsizliyi təmin etmək məqsədilə qoyulub:
“Məqsəd sürücülərin yol hərəkəti qaydalarına riayət etməsini təmin etməkdir. Yəni sürücülər həmin maşınları görəndə doğru olduğunu zənn edib sürət həddini azaltsınlar, qayda pozuntusuna yol verməsinlər. Onu da nəzərə alsınlar ki, bu maketlərin yanında hər zaman həqiqi YPX maşınları və əməkdaşlarımız da ola bilər”.
K.Əliyev deyib ki, Hazırda bir çox avtomobil magistrallarında belə maketlər qoyulub:
“Biz onların dəqiq sayını və yerlərini açıqlamırıq. Maketləri görən sürücülər digərlərini bu barədə xəbərdar edir. Lakin biz inanırıq ki, bu təşəbbüs yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının qarşısını alacaq. Çünki qayda pozuntusu ətrafda olan digər nəqliyyat vasitələrinə təhlükə yarada bilir. Digər sürücülər də belə məqamlarda yol hərəkəti qaydalarını pozmaq məcburiyyətində qalırlar. Ona görə də kimsə yolda YPX maketi gördüyü təqdirdə, dərhal onun koordinatlarını sosial şəbəkələrdə paylaşmamalıdır”.
Şöbə rəisi qeyd edib ki, dünya ölkələrində də belə təcrübə var:
“Dünya ölkələrində də bu layihədən istifadə edilir. Bu, sürücüləri qayda pozuntusuna yol verməkdən çəkindirir. Düşünürük ki, eyni müsbət nəticələr bizdə də müşahidə olunacaq”.