Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yararsız avtomobillərdən danışaraq qeyd edib ki, bəzi nəqliyyat vasitələri istismara tam yararsız olsa da, sürücülər onlardan istifadə edirlər
K.Əliyevin sözlərinə görə, bu avtomobillərin sürücüləri özləri ilə bərabər digər nəqliyyat vasitələrinin hərəkətinə də ciddi təhlükə yaradırlar.
İstismara yararsız avtomobillərin əhalidən alınacağına dair xəbərlər isə xeyli müddətdir ki, yayılıb. Maraqlı məqamlardan biri bu avtomobillərin müqabilində əhaliyə alternativin təklif edilib-edilməyəcəyidir. Yəni, istismarına qadağa qoyulan avtomobillər sadəcə əhalidən alınacaq, yoxsa onların yerinə müəyyən məbləğ ödəniləcək?
Bakı şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bu məsələ ilə bağlı fikirlərini cebhe.info ilə bölüşüb. V.Əsədov da alternativ variantların təklifinin tərəfdarıdır:
“Təbii ki, xarici görkəmi, texniki cəhətdən yararsız, detalları çürümüş olan bu cür avtomobillər artıq istifadə müddətini bitirib. Bugünki şəraitdə həmin avtomobillərin çıxdaş edilməsi vacibdir. Lakin qanunvercilikdə bununla əlaqədar boşluq olduğundan vətəndaşları haqlı hesab edirəm. Bu səbəbdən kiməsə deyə bilmirik ki, avtomobilindən istifadə etməsin. Biz də başa düşürük ki, insanlar müəyyən mənada bu avtomobillərdən asılıdır. Mən də bu məsələni başa düşür, qiymətləndirirəm. Bu avtomobillərin daha uyğun vatomobillərlə dəyişdirilməsi, yaxud onun müqabilində müəyyən vəsaitin verilməsini istəyərəm. Amma vətəndaş özü səy göstərərək könüllü sürətdə bu avtomobillərdən imtina etməlidir. Çünki bu cür vasitələrlə yollarda hərəkət etmək həm də digər sürücülər üçün təhlükədir”.
Lakin yol-nəqliyyat eksperti Ərşad Hüseynov V.Əsədovdan fərqli olaraq belə sürcülərə alternativ variantın təklif edilməsinin əleyhinədir:
“Bu sürücü uzun müddət həmin avtomobili istifadə edib. Bir başqası isə bu cür avtomobillərlə heç zaman pul qazana bilməyib. Bu şəxslərə niyə pul verilməlidir? Avtomobil istismara yararsızdırsa, istifadə olunmamalıdır, vəssalam. İstismara yararsız bu avtomobilləri yığıb təzədən emal üçün müəssisə yaradılması da müsbət addım olar”.
Ə.Hüseynovun sözlərinə görə, bu istiqamətdə qanunvericilikdə heç bir boşluq yoxdur, sadəcə olaraq məsələ ciddi nəzarətdə saxlanılmır.