Gürcüstanın kurort şəhəri Batumidə Rusiya ilə yaxın, normal münasibətlər qurulması tələbi ilə on minlərlə adam küçələrə çıxıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mitinq iştirakçıları Gürcüstan hakimiyyətindən hərbi alyanslarda iştirakdan imtina etməyi və Rusiyaya düşmən kimi yanaşmağa son qoymağı tələb ediblər.
Mitinqi “Gürcüstan vətənpərvərlər Alyansı” təşkil edib. Çıxış edənlər Rusiya ilə Gürcüstan arasında “ağır mövzular” üzrə genişmiqyaslı dialoqun zəruriliyini qeyd ediblər.
“Biz Suxumi, Sxinvali və Moskva ilə birbaşa dialoq başlatmalıyıq”,-partiyanın lideri İrma İnaşvili RİA Novosti agentliyinə deyib.
Xatırladaq ki, ötən ay Tbilisidə güclü antirusiya etirazları baş qaldırmışdı. Həmin vaxt prezident Salome Zurabişvili Rusiyanı “işğalçı və düşmən” adlandırmışdı. Antirusiya aksiyaları ilə bağlı Rusiya Gürcüstana birbaşa uçuşları dayandırıb.