Prezident onların maaşını da qaldırdı - Sərəncam

Prezident onların maaşını da qaldırdı - Sərəncam Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Mia.az xəbər verir ki, sənədə əsasən, məhkəmə hakimlərinin maaşları artırılıb.

Xatırladaq ki, bu sərəncamla Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.

"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Bundan başqa, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı veriləcək.

Qanunun 106-cı maddəsinə edilən digər dəyişikliklə hər bir hakim vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan əlavə pul təminatı alacaq. Belə ki, Naxçıvan Ali Məhkəməsinin və apelyasiya məhkəmələrinin sədrləri əlavə 556 manat, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrləri 495 manat, digər məhkəmələrin sədrləri 433 manat əlavə aylıq pul təminatı alacaqlar. Digər hakimlər də müvafiq qaydada bu pul təminatını alacaqlar.

Oxşar xəbərlər