Bakıda 7 marşrut xəttinin hərəkət sxemi dəyişdi

Bakıda 7 marşrut xəttinin hərəkət sxemi dəyişdi Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurban küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti dəyişdirilib.

Avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər.

Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.

Oxşar xəbərlər