Bakı şəhər Səbail rayonu ərazisində, Badamdar yolu istiqamətində - Bəyoğlu restoranının yanındakı yamacda sürüşmə aktiv şəkildə davam edir.
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidə yaranan çatların sayı artır: "20-ci sahədən Badamdar istiqamətində gedən yolun sol hissəsində, yamacda hal-hazırda sürüşmə prosesi davam edir. Biz bunu daha əvvəl Abşeronun Atlaslar Toplusunda sürüşməyə meyilli olan ərazi kimi qeyd etmişdik. Burada 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb. O vaxtdan bu günə kimi orada ciddi hərəkət hiss olunmayıb. Bu ayın əvvəlində ərazidə keçirilən monitorinqlər zamanı müxtəlif istiqamətlərdə çatların və gərginliyin olduğunu müşahidə etdik. Bu barədə yazılı şəkildə məruzə edilib. Bu gün həmin uzunluğu 150 metrə yaxın olan istinad divarında bir neçə yerdə uzunluğu 1 metrə yaxın çatlar yaranıb və divar bir qədər qabağa gəlib. Divarın aşağı hissəsində kiçik gölməçələr əmələ gəlib. Bu ərazidən, yəni sürüşmə baş verən divardan təxminən 2-10 metr aralıda fərdi yaşayış evləri, yeni tikililər var. Sürüşmə hazırda aktiv şəkildə davam edir. Zəruri önləmlər alınıb. Təhlükəsizllik məqsədilə həmin sürüşmənin konturları daxilində, 20-ci sahə Badamdar arasındakı nəqliyyat yolu tamamilə bağlanıb".
*****
12:33
Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi Bayılda sürüşmənin baş verdiyi əraziyə gəlib.
Publika.az xəbər verir ki, aidioyyatı qurumların rəhbərləri də ərazidədir. Bildirilir ki, sürüşmə Badamdar yolu istiqamətində - Bəyoğlu restoranının yanındakı yamacda baş verib.
*****
12:22
Bu gün Bakı şəhər Səbail rayonu ərazisində - Bayıl yamacında sürüşmə baş verib.
Əraziyə hüquq-mühafizə və digər qurumların əməkdaşları cəlb edilib.
Əlavə məlumat veriləcək.
Sürüşmə ilə əlaqədar Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.