SOCAR-dan güclü partlayışla bağlı açıqlama - Yenilənib

SOCAR-dan güclü partlayışla bağlı açıqlama - Yenilənib “SOCAR Türkey” şirkətinə məxsus tankerdə partlayış baş verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, İzmirin Əliağa qəsəbəsində yerləşən Petkim neft-kimya kompleksinə məxsus limanda baş verən partlayışdan sonra güclü yanğın başlayıb. Nəticədə 2 nəfər ölüb, 15-i İtaliya, 1-i isə Rumıniya vətəndaşı olmaqla 16 nəfər xəsarət alıb.

Yanğın söndürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

***

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, partlayış baş verən gəmi “Socar Turkey” şirkətinə məxsus deyil.

O, qeyd edib ki, gəmi İtaliya şirkətinə məxsusdur: “Həmin gəmi başqa gəmilər kimi Türkiyədə SOCAR terminalına yan alıb. Yanğın limanda deyil, gəminin özündə baş verib. Hadisə bu gecə baş verib. Hazırda məndə olan məlumata görə, bir nəfər dünyasını dəyişib. Digər yaralının isə vəziyyəti ağırdır”.


Oxşar xəbərlər