Yeni “Ceyms Bond” filmində seks qalmaqalı – Çəkiliş heyəti polisə aparıldı

Yeni “Ceyms Bond” filmində seks qalmaqalı – Çəkiliş heyəti polisə aparıldı Hər kəsin böyük maraqla gözlədiyi “Ceyms Bond” filminin növbəti bölümü çəkilir. Lakin ekran işinin çəkilişləri zamanı xoşagəlməz hadisə yaşanıb.

TMZ xəbər verir ki, Piter Hartli adlı işçi vuayerizmdə (red. – cinsi əlaqədə olanları güdmək) günahlandırılaraq həbs olunub.

Belə ki, işçi “Pinewood” studiyasında lentə alınan sözügedən filmin çəkiliş məkanlarında yerləşən qadın tualetinə gizli kameralar yerləşdirib. Gizli kameraların bir neçəsi isə vanna otağında tapılıb.

Piterin bu əməli ona baha başa gəlib. O, dərhal vəzifəsindən azad edilib.

Hazırda polis “Bond 25” adlı filmin çəkilişində əməyi keçən bütün şəxsləri nəzarət altına alıb.

Bu isə öz növbəsində, çəkiliş prosesini əhəmiyyətli dərəcədə yubadaraq, filmin nəzərdə tutulan vaxtda böyük ekranlara çıxmağına mane ola bilər.(oxu.az)

Oxşar xəbərlər