ABŞ-ın Mülki Aviasiya İdarəsi Amerika aviaşirkətlərinə İranın Hörmüz boğazı və Oman körfəzi üzərindəki hava məkanlarında uçuş həyata keçirməyi qadağan edən təcili xəbərdarlıq yayıb.
“Report”un CNBC telekanalına istinadən verdiyi xəbərə görə, İdarənin bəyanatında qeyd olunur ki, ən yaxın mülki təyyarə İran tərəfindən vurulan Amerika pilotsuz aparatı ilə 45 mil (72 km) məsafədə olub.
İran İslam İnqilabı Keşikçiləri Korpusu iyunun 20-də ölkənin hava məkanına daxil olan Amerika pilotsuz uçan aparatının vurulduğunu bəyan edib. Birləşmiş Ştatlar öz növbəsində aparatın saxlanılan zaman böyük yüksəklikdə olduğunu bildirib.
KİV-in məlumatına görə, Amerika lideri Donald Tramp hadisədən dərhal sonra İrandakı hədəflərə zərbələr endirilməsi barədə göstəriş verib, ardınca fikrini dəyişib.