Rüfət Aslanlı və Hüseynqulu Bağırovu nə gözləyir? - İki korrupsionerin həzin sonu...

Rüfət Aslanlı və Hüseynqulu Bağırovu nə gözləyir? - İki korrupsionerin həzin sonu... Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı və keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla bağlı prokurorluğun araşdırma apardığı rəsmi şəkildə təsdiqləndi. Bundan sonra istintaqın yekununu gözləmək qalır.

Cahan.info xəbər verir ki, Baş Prokurorluq tərəfindənhər iki sabiq məmurun barəsində aparılan araşdırma onların cinayət məsuliyyətinə cəlb olunmasını istisna etmir.

Belə informasiyalar kluarlarda dolaşır ki, hər iki sabiq məmurun ölkədən çıxışı yasaqlanıb, sorğu-sual davam edir, onların topladığı kapitalın geri alınması prosesi gedir.

R.Aslanlı və H.Bağırovun yalnız qanunsuz yolla topladıqları sərvətin geri qaytarılması müqabilində həbsdən yolları keçməyə bilər. Dövlət rəhbərliyi heç bir məmura güzəştə getmir.

Düzgün işləməyən, zamanında insanları incidən, qeyri-leqal yolla varlanan, malikanələr alan məmurlar innən belə canlarını rahatlıqla qurtara bilməyəcəklər.

Hakimiyyət tamamilə yenilənir, refreş olunur, gənclər irəli çəkilir, qocalmış, rüşvət bataqlığına bulaşmış məmurlar vəzifələrdən çıxarılırlar. Biz bunu çoxdan yazırdıq.

Bildirirdik ki, prezident artıq belələri ilə işləmək istəmir. Son çıxışında da strukturların köhnəldiyini deməsi, ardınca 6 strukturu ləğv etməsi, cavan kadrlara üstünlük verməsi yazdıqlarımızı təsdiqləyir.

Bunun əvəzində isə işdən azad olunan korrupsiyalaşmış oliqarx məmurlar cəzasız qalacaqlarını hesab edirlər. Amma göründüyü kimi, H.Bağırov və R.Aslanlının əməlləri prokurorluqda araşdırılır.

Qeyd edək ki, Türkiyənin “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.

2012-ci ildə R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Razılaşmaya görə, şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

Cahan.info xəbər verir ki, prokurorluq H.Bağırov haqda KİV-də yazılanları araşdırır. Mediada isə onun Britaniyadakı əmlaklarından yazılır.

İndi həmin sərvətləri hansı yola qazandığı pulla aldıqlarının hesabı soruşulur. Virtualaz.org keçmiş nazirin sərvətini təqdim edib.

Öncə Avropa boyu sabiq nazirə bağlı şirkətlərin siyahısına diqqət yetirin. Britaniya Krallığı, Almaniya, Avstriya, Çexiya, Kipr, Türkiyə…

– NORDFIELDS MANAGEMENT LIMITED – İngiltərə
– NORDFIELDS HOSPITALITIES LTD – İngiltərə
– NORDFIELDS INVESTMENTS LIMITED – İngiltərə
– STAMINA INVESTMENTS LIMITED – İngiltərə
– WELGEAR INVESTMENTS LIMITED – Kipr Respublikası
-STS TURİZM VE OTELCİLİK İNŞAAT LİMİTED – Türkiyə
– DEREAN LIMITED – İngiltərə
– LIEGENSCHAFTSVERWERTUNGS GmbH – Avstriya
– WU IMMO CENTER GMBH – Almaniya
– REANDER LIMITED – İngiltərə
– ROMERSTAL INVESTMENTS LIMITED – İngiltərə
– LLOYD MCKENZIE LIMITED – İngiltərə
– WU TRAINING CENTRE UK LTD – İngiltərə
– TURNKEY SOLUTIONS LIMITED – İngiltərə
– ISLA INVESTMENT, S.R.O. – Çexiya

Hüseynqulu Bağırovun ailəsinə məxsus NORDFIELDS MANAGEMENT LIMITED şirkəti 2015-ci ilin iyunun 15-dən fəaliyyətdədir. İngiltərə Ədliyyə Nazirliyindən SC507502 saylı şəhadətnamə alıb.

Şirkət Hüseyqulu Bağırovun qızı 1989-cu il, iyul təvəllüdlü Sevinc Bağırovanın adına rəsmiləşdirilib. Fəaliyyət sahəsi maliyyə menecmentliyi göstərilir.

Sevinc Bağırovanın İngiltərədəki evi i85-87, Borough High Street, London ünvanında yerləşir. Söhbət hansısa bir mənzildən yox, mülkiyyət olaraq satın alınmış iri binadan gedir.

Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına açdığı daha bir şirkət NORDFIELDS HOSPITALITIES LTD də 2015-ci ilin uyunun 3-də Birləşmiş Krallıqda qeydiyyatdan keçib.

Yəni Bağırovlar İngiltərədə bir gündə iki şirkət açıblar. NORDFIELDS HOSPITALITIES LTD SC507488 saylı qeydiyyat şəhadətnaməsi alıb. Hal-hazırda da fəaliyyət göstərir.

Bu şirkət vasitəsilə Bağırovlar ailəsi 2015-cü ilin oktyabrın 9-da Şotlandoyanın Qlazqo şəhərində Avropanın məşhur sanatoriyalarından olan "Buchanan Arms" Oteli alıb. Otel 3 ulduzlu olsa da müalicə və istirahət üçün yaxşı təmin olunub. Sanatoriyanı Sevinc Bağırova idarə edir.

Keçmiş nazirin ailəsinə məxsus STAMINA INVESTMENTS LIMITED isə bu şirkətlərdən 3 ay əvvəl, 2015-ci il martın 5-də qeydiyyatdan keçib.

Şəhadətnamə nömrəsi: 09471905. Ünvan isə eyni olub: 85-87, Borough High Street, London, England. Bu şirkətdə Sevinc Bağırovanın adına olub.

Bağırovlarailəsi STAMINA INVESTMENTS LIMITED vasitəsilə Londonda bir neçə daşınmaz əmlak alışını həyata keçirib və 23 August 2016-cı il tarixdə onu qapadıblar.

Oxşar xəbərlər