Populyar Hindistan aktyoru Amitabh Baççanın Tvitter hesabını ələ keçirən haker qrupu İslandiyada Türkiyə milli komandasına qarşı tərbiyəsiz davranışı lənətləyən paylaşım yerləçdirib.
Paylaşımdan məlum olur ki, profili “Ayyıldız Tim” adlanan haker qrupu ələ keçirib. Paylaşımda “düşmən”lərə hədələr də yer alıb: “Biz yumşaq danışırıq, amma böyük dəyənək siyasəti yürüdürük”.
Bizimyol.info xəbər verir ki, hakerlər həmçinin Amitabh Baççanın profil təsvirinə də “düzəliş” ediblər: “Aktyor… Hər halda bəziləri hələ də belə deyirlər”. Ardınca isə Hindistan-Pakistan ziddiyyətlərində ikinciyə dəstək ifadə olunub: “Pakistanı sevirik”. Həmçinin profil şəkli olaraq Pakistanın baş naziri İmran Xanın şəklini yerləşdiriblər.
Amitabh Baççanın ələ keçirilmiş Tvitter hesabında İslandiyanı lənətləyən paylaşım
Qeyd edək ki, profilin 37 milyon 400 min izləyicisi var.
Xatırladaq ki, İslandiyada hava limanında Türkiyə milli futbol komandasının üzvlərini 3 saat ərzində təkrar yoxlamalarla ləngidiblər, həmçinin yerli jurnalistlərdən biri Emre Belezoğluna mikrofon əvəzinə ayaqyolunu təmizləməmk üçün istifadə olunan fırça uzadıb. Türkiyə hökuməti rəsmən İslandiyaya etiraz notası ünvanlayıb.