Türkiyə İslandiyaya nota verdi

Türkiyə İslandiyaya nota verdi Türkiyə millisinin İslandiyaya səfəri zamanı hava limanında üzləşdiyi hörmətsizliklə bağlı qardaş ölkənin Xarici İşlər Nazirliyi hərəkətə keçib.

“Haberler” xəbər verir ki, ölkənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu İslandiyadan olan həmkarına zəng edib.

Bundan başqa, Türkiyə Oslodakı səfirliyi vasitəsilə mövcud durumu qınayan nota verib. Notada milli komandanın ölkəyə girişi zamanı pasport kontrolunda uzun müddət gözlədilməsi, əşyaların incəliklə yoxlanılması və futbolçulara qarşı hörmətsizlik edilməsi öz əksini tapıb.

Türkiyə qarşı tərəfdən təhlükəsizlik tədbirlərinin görülməsini tələb edib.

Türkiyənin Oslodakı səfiri Fazlı Orman lazımi tədbirlərin görülməsi üçün İslandiyaya yollandığı bildirilir.

Oxşar xəbərlər