Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü – Video

Bakıda böyük mağazası olan iş adamı və arvadı öz evində girov götürüldü – Video Türkiyədə məşhur iş adamı “Sarar” Şirkətlər Qrupunun prezidenti Cəmaləddin Sararın evinə basqın edilib.

İş adamının Eskişehirdəki evinə basqın edən əli silahlı 3 maskalı şəxs əvvəlcə onun və həyat yoldaşı Zəhra Sararın əl-qolunu bağlayaraq girov götürüb.

Dəstə üzvləri bundan sonra mənzildə olan kassadakı bütün pul və qızıl-zinət əşyalarını götürüb qaçıblar.

İş adamı polisə ifadəsində maskalı şəxslərin əcnəbi olduqlarını, Şərqi Avropa ölkələrinin dillərində danışdıqlarını bildirib.

Basqınçılar əcnəbi olduğundan Türkiyə İnterpolu da əməliyyat-axtarış tədbirlərinə qoşulub.

Qeyd edək ki, “Sarar”ın mağazalar şəbəkəsinin Bakıda da mağazası var.


Oxşar xəbərlər