Bakının mərkəzi – Xocalı prospektində Xətai metrosunun qarşısına düşən hissəsində “Hom Paş Prestij” tikinti firması tərəfindən tikilmiş çoxmərtəbəli binadan ev almış şəxslərin şikayəti əsasında şirkətin rəhbəri, Almaniya vətəndaşı olan türk əsilli biznesmen Yiğitdol Hikmet Süleyman oğlu barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, biznesmenin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə maddəsi ilə cinayət işi açılıb. Artıq həmin binadan ev almış 74 nəfər zərərçəkən kimi tanınıb. Xətai rayon Polis İdarəsində aparılan istintaqın yekunlaşması ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə hakim Romella Allahverdiyevanın sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Məlumata görə, 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospektində, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlanılıb.
Bina tikiləndən sonra “Hom Paş Prestij” MTK-nın rəhbəri Hikmet Yiğitdol şəriki Qabil Əliyevin onu aldadaraq mənzilləri satıb qaçdığını bildirmişdi. H. Yiğitdol deyib ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib: “Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib. Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub. Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus “İnter” MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb”.
Maraqlıdır ki, “Hom Paş Prestij” MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən “Vaqif Oğulları” MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedib. 2016-cı ildə isə tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib. Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb. Bundan başqa, şirkətdən narazı olan payçılar Feysbukda səhifə açaraq problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdiriblər.