“Metronun üzərindəki ərazi əlimdən alınıb, tikintini biz aparmırıq” — “Şərurlu İsfəndiyar”dan SENSASSİON AÇIQLAMA

“Metronun üzərindəki ərazi əlimdən alınıb, tikintini biz aparmırıq” — “Şərurlu İsfəndiyar”dan SENSASSİON AÇIQLAMA “Şərur” MTK-nın sədri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Binəqədi rayonu ərazisində yerləşən metronun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işlərində adının hallanması məsələsinə münasibət bildirib.
İ.Axundov “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən ərazi ona məxsus deyil:

“Həmin parkda tikintini biz aparmırıq. Orada başqa şirkət iş görür. Ərazidə aparılan tikinti işləri ilə mənim heç bir əlaqəm yoxdur. Bunu hər kəs maraqlanıb öyrənə bilər. Hazırda orada “Kristal Abşeron” tikinti işləri aparır. Öz reklam lövhələrini də vurublar, bunu hər kəs görə bilər”.

İş adamı bir il bundan öncə həmin yerin əlindən aldındığını da söyləyib:
“Əslində, həmin ərazi mənim yerim idi, ancaq bir il bundan qabaq əlimdən alınıb”.

Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən, Bakı metrosunun “Azadlıq prospekti” stansiyasının ətrafında gedən tikinti işləri hər kəsi qorxuya salıb. Buna səbəb isə tikinti proseslərinin metronun üzərində aparılmasıdır.

Yayılan məlumatlara görə, sözügedən parkda tikinti işləri İsfəndiyar Axundovun şirkəti tərəfindən aparılır.

Oxşar xəbərlər