Xudayar Sultanlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir

Xudayar Sultanlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı direktoru dosent Xudayar Sultanlı - Filial ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan Respublikasında Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. AMİ və onun filialları ulu öndər H.Əliyevin 15 iyun 1999-cu il tarixli 168 saylı sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın tələblərindən irəli gələrək fəaliyyətə başlamışdır. Filial əhalisinin sayı 220 mindən çox olan Cəlilabad rayonunda yerləşir və regionda pedaqoji kadr hazırlığı və ömürboyu təhsili reallaşdırmaq məqsədi ilə gələcəyə proqnozlaşdırılmışdır. Cəlilabad filialı qısa bir zamanda əksəriyyətin istinad edəcəyi elm, təhsil, mədəniyyət və ideoloji bir mərkəzə çevrilmişdir. Filial təhsil islahatı ilə bağlı bütün məsələlərin və təhsil innovasiyalarının inteqrasiyası baxımından bölgədə xüsusi əhəmiyyət kəsb edir. Filial gənclərin tərbiyəsində: - gender problemlərinin həllində - erkən nigahların qarşısının alınmasında - qızların ali təhsilə cəlb olunmasında - gənclərin qeyri-dünyəvi qurumların təsirinə düşməməsində - gənclərin qlobal dünyagörüşünün formalaşmasında - gənclərin zərərli vərdişlərdən çəkinməsində - ayrı-ayrı dini cərəyanların təsirinə düşməməsində mühüm əhəmiyyət kəsb edir. Filialda ali təhsil fəaliyyətini həyata keçirmək üçün lazım olan bütün hüquqi-normativ sənədlər mövcuddur. Az müddətdə filialda yüksək ixtisaslı professor-müəllim heyəti formalaşmışdır: - 2 elmlər doktoru, 1 professor - 10 fəlsəfə doktoru, 4 dosent, 2 dosent əvəzi - 5 elmlər doktoru proqramı üzrə dissertant - 12 fəlsəfə doktorluğu üzrə dissertant - 12 magistr - 5 baş müəllim - 3 əməkdar müəllim - 2 “Tərəqqi medalı” ilə təltif olunmuş əməkdaş - 1 “Qabaqşıl təhsil işçisi” medalı ilə təltif edilmiş əməkdaş Professor-müəllim heyətinin orta yaş həddi 46-dır. Filialın fəaliyyətinə ümumi rəhbərliyi direktorun sədr olduğu seçkili orqan-pedaqoji şura həyata keçirir. Filiala bilavasitə rəhbərliyi direktor həyata keçirir. Direktor Təhsil Nazirinin əmri ilə vəzifəyə təyin edilmişdir. Filiala rəhbərliyi dosent, fəlsəfə doktoru Xudayar Həzərxan oğlu Sultanlı edir. O, Elmi Şuranın sədridir, təşkilati, tədris-tərbiyə, elmi işlərə ümumi rəhbərlik edir və filialın ayrı-ayrı struktur bölmələri arasında əlaqəni tənzimləyir. Tədris prosesinə bütün istiqamətləri üzrə cari idarəetmə və nəzarəti direktor müavinləri həyata keçirir. Filialda 1 (bir) Pedaqoji fakültə 3 (üç) kafedra – - Ümumelmi fənlər kafedrası - İxtisas fənləri kafedrası - Təbiət və riyazi fənlər kafedrası 4 (dörd) şöbə - - Tədris və tələbə şöbəsi - Ümumi şöbə - Kadrlar şöbəsi - Təsərrüfat şöbəsi 3 (üç) kabinet – - Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətlənidirlməsi kabineti - Əlavə təhsilə metodik xidmət kabineti - Müasir təlim metodları və dayaq məntəqələri ilə iş üzrə kabinet Müasir tələblərə cavab verən 2 (iki) kompyuter mərkəzi 2 (iki) Akt zalı – - 140 nəfərlik böyük zal - 60 nəfərlik kiçik zal Kitabxana - 4514 nüsxə dərslik, dərs vəsaiti, monoqrafiya, digər elmi və bədii ədəbiyyatlar vardır. Filialda hazırlanan ixtisaslar üzrə tələb olunan dərslik və dərs vəsaitlərinə olan tələbatı təmin etmək üçün kitabxanada İKT imkanarından istifadə edilir. Eyni vaxtda 60 nəfərin istifadə edə biləcəyi oxu zalı Struktur bölmələri əhatə edən 16 inzibati otaq Filial 1 fakültədə birləşən 4 (dörd) ixtisas üzrə kadr hazırlığı həyata keçirir: - Məktəbəqədər təlim və tərbiyə 4 tədris ili - İbtidai sinif müəllimliyi 4 tədris ili - Azərbaycan dili və ədəbiyyat müəllimliyi 4 tədris ili - “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə 5 tədris ili Tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-ci il tarixli 348 saylı qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” na uyğun olaraq həyata keçirilir. Filialda tədris prosesini fakültə dekanlığı, “Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi” kabineti, “Tədris və tələbə şöbəsi” və 3 kafedra həyata keçirir. -Ümumelmi fənlər kafedrası (kafedra müdiri tarix üzrə fəlsəfə doktoru M.C.Əliyev) -Təbiət və riyazi fənlər kafedrası (kafedra müdiri biologiya üzrə fəlsəfə doktoru X.M.Əliyev) -İxtisas fənləri kafedrası (kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosnet əvəzi Y. V. Dadaşlı) 3 (üç) ictimai təkilat fəliyyət göstərir - Tələbə Elmi Cəmiyyəti - Tələbə Gənclər Təşkilatı - Həmkarlar Təşkilatı İttifaqı Komitəsi Filial 8 (səkkiz) saatlıq və 5 (beş) günlük iş həftəsi ilə fəaliyyət göstərir. Filialın pedaqoji kollektivi dövlət siyasətinin strateji xətti olan təhsil siyasətinin qlobal dünyanın tələbləri səviyyəsində həyata keçirilməsi istiqamətində hər zaman bütün potensial gücü ilə çalışmış və budan sonra da bu istiqamətdə fəaliyyət dairələrini genişləndirəcəkdir.

Xudayar Sultanlı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Xudayar Sultanlı heç vaxt əqidəsindən döndərə bilməz.

Xudayar Sultanlı böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Xudayar Sultanlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Xudayar Sultanlı ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Xudayar Sultanlının böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Xudayar Sultanlı tələbələrə maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Xudayar Sultanlı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Oxşar xəbərlər