Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İqrar Həsənov vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İqrar Həsənov vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İqrar Həsənovdur.

İqrar Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İqrar Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

İqrar Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İqrar Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İqrar Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İqrar Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İqrar Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İqrar Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda İqrar Həsənov özünü doğruldub. Bizdə hörmətli İqrar Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


12 saylı Bakı Peşə Liseyi 1922-ci ildə Balaxanıda 6-ci mədəndə “Yunıy Qornyak adına Fabrik-Zavod-Təlimi” kimi təşkil edilmiş və 1923-cü ildən başlayaraq müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
1969-74-cü illərdə Texniki Peşə Təhsili Komitəsi, UİLKGİ-nin 50 illiyi adına Texniki Peşə Məktəbi, Azərbaycan KPMK və Azərbaycan SSRİ Nazirlər Sovetinin 21 may 1969-cu il tarixli, 206 saylı qərarına əsasən orta təhsilli ixtisaslı fəhlə kadrlarının hazırlanması ilə əlaqədar 7 saylı Texniki Məktəbi yenidən təşkil olunaraq UİLKGİ-nin 50 illiyi adına Texniki Peşə Məktəbinə çevrilmişdir.
1974-90-ci illərdə Texniki Peşə Təhsili Komitəsinin UİKGİ-nin 50 illiyi adına 74 saylı şəhər orta Texniki Peşə Məktəbi adlandırılmışdır.
1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Peşə Təhsil Mərkəzində hal-hazıda aşağıdakı ixtisaslar üzrə təhsil proqramları həyata keçirilir:

1. Ağacdan bədii məmulatlar hazırlayan usta
2. Geniş profilli dəzgahçı
3. Çörək ustası
4. Aşpaz
5. Qənnadçı-şirniyyatçı
6. Yeyinti məhsulları istehsalı avadanlıqlarının sazlayıcısı
7. Kimyəvi analiz laborantı
8. Laborant-mikrobioloq

Oxşar xəbərlər