Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidir

Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidir Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Təfəkkür Universitetinin rektoru Rahim Hüseynovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda Rahim Hüseynovu gözdən salmaq üçün "“Təfəkkür” Universitetinin rektoru Rahim Hüseynovun şok əməlləri" başlıqlı yazı seçirlər və ya obyekt, villa şəkillərini ictimailəşdirərək guya Rahim Hüseynova aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Rahim Hüseynov haqqında yazılanlara təəccüblənmirik. Çünki Rahim müəllimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Təfəkkür Universitetinin rektoru Rahim Hüseynovu əvəz edə bilməz.

Hüseynov Rahim Məmməd oğlu - professor, “Təfəkkür” Universitetinin rektoru, Biologiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, “Dünya informasioloqları elitası” ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovnikidir.

Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Rahim Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Təfəkkür Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsidir.

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ali təhsil müəssisəsi kimi 1992-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycan Kommersiya İnstitutunun hüquqi varisidir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1994-cü il tarixli 212 saylı fərmanı ilə yaradılmış Dövlət Ali Ekspert Komissiyasının rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə “Təfəkkür” Universiteti qeyri-dövlət ali təhsil müəssisəsi kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təfəkkür” Universitetinin qeydiyyata alınması haqqında” 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında 29 may 1996-cı il tarixli 67 saylı qərarına əsasən “Təfəkkür” Universiteti Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti adlandırılmışdır.
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin vəsadətini nəzərə alaraq Azərbaycan Respublikası təhsil nazirinin “Magistraturanın yaradılması barədə” 30 aprel 1999-cu il tarixli 295 saylı əmri ilə universitetdə magistr hazırlığına icazə verilmişdir. Universitetdə bakalavriat, magistratura səviyyələrində ixtisaslar üzrə bütün tədris planları baza təhsil proqramlarına uyğun hazırlanmış və təsdiq edilmişdir.
Universitetin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası ilə tənzimlənir və təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinə, ali təhsil müəssisələri haqqında əsasnaməyə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ aktlarına, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Nizamnaməsinə, Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən normativ sənədlərə müvafiq olaraq həyata keçirilir. Tədris, elmi proses və Nizamnamə ilə nəzərdə tutulmuş bütün fəaliyyət növləri üçün müvafiq qərarlar və şəhadətnamələr mövcuddur.
Universitetdə idarəetmə fəaliyyəti təsisçilər, Elmi Şura, rektor, prorektor, Tədris-metodiki idarə, fakültələr, kafedralar tərəfindən həyata keçirilir.
Universitetin fəaliyyətinə bilavasitə rəhbərlik rektor və prorektor tərəfindən həyata keçirilir.

Baza təhsil proqramlarına uyğun hazırlanmış tədris planlarında olan fənlər və onların proqramlarının məzmunu Dövlət Təhsil Standartlarının tələblərinə uyğundur. Tədris olunan fənlərin həcmi tədris planlarına uyğundur. Fənn proqramlarında tövsiyə olunan məcburi tədris-metodiki vəsaitlər və onlara dair nüsxələr əsasən mövcud normalara uyğun kitabxana fondunda saxlanılır.

Tədris prosesində hesablama texnikasından, kompyuter avadanlıqlarından, linqafon mərkəzindən, sürətçoxaldan, digər texniki vəsaitlərdən istifadə olunur.
Universitetdə müasir elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın informasiya ehtiyatları oxucu sorğusu əsasında həyata keçirilir.
Universitetin xüsusi saytı yaradılmış, orada universitet həyatı, struktur bölmələri, tədris prosesi, elmi-tədqiqat fəaliyyəti haqqında zəruri informasiyalar yerləşdirilmişdir. Tədris prosesinin informasiya texnologiyaları, proqram vəsaitləri, laboratoriya və texniki avadanlıqlarla təminatı Dövlət Təhsil Standartlarına uyğundur.
Tələbələrin proqramların mənimsəmə səviyyəsi imtahanlarda, seminar məşğələlər və kollokviumlarda 10 ballıq şkala üzrə qiymətləndirilir


Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidir
Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidir
Rahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidirRahim Hüseynov vəzifəsini vicdanla yerinə yetirən və təcrübi qabiliyyətləri olan istedad sahibidir

Oxşar xəbərlər