Artıq bir neçə gündür ki, marketlərdə çay sodası yığışdırılıb. Həmsöbət olduğumuz satıcılar çay sodasının idxalçı firma tərəfindən gətirilmədiyini deyirlər. Əlaqə saxladığımız marketlər şəbəkəsinin satıcılarının bir qismi bu vaxtadək onlara "Nant" firması tərəfindən çay sodası gətirildiyini deyiblər.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün adıçəkilən firma ilə əlaqə saxlamağa çalışıb. Lakin təəssüflər olsun ki, "Nant" şirkətindən sualımıza cavab ala bilmədik.
Çay sodasının satışdan yığışdırılması ilə bağlı bir sıra şayiələr yayılıb. Bəziləri bildirirlər ki, adıçəkilən məhsuldan təhlükəli maddə hazırlanması məqsədi ilə istifadə etmək mümkün olduğu üçün satışdan yığışdırılıb.
Maraqlıdır, həqiqətənmi, illərdir açıq satışda olan bu məhsul bizim üçün təhlükə yarada bilər? Buna aydınlıq gətirmək üçün Sputnik Azərbaycan əməkdaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlayıb.
AQTA-dan sözügedən məhsulun təhlükəli olub-olmadığına belə aydınlıq gətirilib: "Çay sodası - natrium-hirdokarbonat kiçik kristallardan ibarət ağ rəngdə, toz halında maddədir. Sənayedə, qida sənayesində, kulinariyada və tibbdə geniş istifadə olunur. Çay sodasından partlayıcı maddələrin hazırlanması praktikasına rast gəlinməyib".
"Vətəndaşların istehlak etdikləri çay sodasının tərkibi ilə bağlı hansısa narahatlığı olarsa, qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə birlikdə Agentliyin 1003 "qaynar xətt"inə zəng edib məlumat verə bilərlər" - deyə qurumdan bildirilib.
Qeyd edək ki, AQTA-dan verilən məlumatda, həmçinin çay sodası ilə bağlı onlara hansısa şikayətin daxil olmadığı vurğulanıb.