Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib. Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Çingiz Hacıyev ifadə verib. O, Xətai Rayon İcra Hakimiyyətində memar vəzifəsində işlədiyini deyib. Çingiz Hacıyevin sözlərinə görə, vətəndaşın müraciəti əsasında layihə razılaşdırılandan sonra tikinti başlaya bilər.
O, iş üzrə zərərçəkmiş Elsəvər Rufullayevi tanımadığını qeyd edib: “Mənim işim eskiz layihəsi çəkib, vətəndaşa təqdim etməkdir. Bu işlə bağlı bizə də müraciət olunub, razılaşma olduğu üçün icazə vermişik. Burada adıkeçən Elsevər Rufullayev adlı şəxsi tanımıram. Şəxsən o adam mənə müraciət etməyib. Mənim fikrimcə, Elsevər Qaçaya müraciət edib, o da gedib əraziyə baxıb gəlib mənə məlumat verib. Bundan sonda layihə çəkilib”.
Şahid zərərçəkmişin X.Məmmədova hər hansı məbləğdə pul verdiyindən xəbərsiz olduğunu bildirib. Proses yanvarın 24-də davam etdiriləcək.
Bildirək ki, Elsevər Rufullayev rüşvət verdiyi üçün zərərçəkmiş yox, şahid qismində tanınıb. O, deyib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc adlı şəxə müraciət edib.
Onun vasitəsi ilə Xalid Məmmədovla görüşüb: “Oruc da tanışı İlham Məlikova dedi. Birlikdə Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, sonra 90 min istədi. Sonuncu dəfə də 60 min istədi. Sonda 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz layihə çəkdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib vermişdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı”.
Şahid Rufullayev qeyd edib ki, X.Məmmədov ondan daha 5 min manat pul istəyib. Bildirib ki, Xalid gəlib 5 min manata söhbəti həll edəcəyini deyib: “Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldadıldığımı bildim”.
Xalid Məmmədov sərbəst ifadəsində özünü təqsirli bilmədiyini deyib. 27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib. X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. Bildirib ki, işi məhəllədaxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub.
Suallara cavab verən X.Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.
İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almaqda təqsirli bilinir. Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.