Həbsdə olan polkovnikin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, 800 minlik dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid Telman Əliyev ifadə verib.
O, Naxçıvan Gömrük Komitəsinin sabiq sədridir. 73 yaşlı T.Əliyev tanımadığı şəxsin ona zəng edərək vəzifəli şəxslərin adından istifadə edib: "Məndən xahiş elədi ki, hazırda həbsdə olan bir xanımın işini hakimdən xahiş edim. Onun ev dustaqlığına buraxılmasını istəyirdi. Mən də dedim. Amma mümkün olmadı".
Prokuror bildirib ki, şahidin istintaqda dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyət var. Prokuror T.Əliyevin istintaqdakı ifadəsinin elan edilməsini istəyib.
Bu zaman təqsirləndirilən şəxsin səhhəti pisləşib. Məhkəməyə təcili tibbi yardım çağırılıb.
Daha sonra məhkəmə prosesi davam edib.
Telman Əliyev təqsirləndirilən şəxsi tanımadığını deyib. Təqsirləndirilən Sahib Şükürov isə buna etiraz edib.
O, şahiddən həqiqətləri danışmasını istəyib: "Mən artıq ölürəm. Niyə həqiqətləri danışmırsan? Mənimlə neçə dəfə görüşmüsən, vəzifəli şəxslərin adını çəkmisən. Mən bu gün ölməyə də hazıram. Həqiqətləri danış".
Telman Əliyev isə S.Şükürovun yalan danışdığını deyib: "Mən nə bildimsə danışdım. İndi bu şəxs vəzifəli adamların adını çəkərək onların adını ləkələyir".
Təqsirləndirilən S.Şükürov deyib ki, şahid Telman Əliyev həbsdə olan qadının azadlığa çıxmasını xahiş edəcəyi halda onu müalicəyə göndərəcəkdilər: "Telman Əliyev həm müalicəyə göndəriləcək, həm də ona pul veriləcəkdi. Məni görmədiyini deyir. Amma bir neçə dəfə görüşmüşük".
Məhkəmənin davamında Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulub. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.
S.Şükürov bunu təsdiqləyib: "Vaxtilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim".
Təqsirləndirilən şəxs daha sonra işin alınmadığını və verdiyi pulu ala bilmədiyini deyib. O söyləyib ki, İlqar Əliyevin pulunu öz cibindən qaytarıb.
Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb.
Sahib Şükürov bu əməlini də etiraf edib. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər".
Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir.
Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.
Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi.
Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sahib Şükürov deyib ki, hər iki şəxsi azadlığa çıxarmaq üçün yenə də Natiq Məmmədova müraciət edib.
"Əvvəlcə Natiq Məmmədova 98 min 700 manat verdim. Sonra isə əlavə 30 min də istədi. Onu da verdik"- deyən Sahib Şükürov bundan sonra Telman Əliyevlə görüşdüyünü deyib.
Sahib Şükürov qeyd edib ki, Telman Əliyevlə danışaraq Həcər Quliyeva və Sahib Quliyevin azadlığa çıxmasını həll etməyə çalışıblar: "Telman Əliyevlə görüşüb sədrin yanına getdik. Sədrlə görüşdən sonra Telman mənim yanımda tanınmış bir şəxsə zəng elədi. Daha bir neçə yüksək vəzifəli şəxsin adını çəkdi. Mənə dedi ki, gör kimlərə ağız açıram".
Məlum olub ki, ittihamda Sahib Şükürovun Xanımbacı İsmayılovadan 794 min manat aldığı yazılır.
S.Şükürov bildirib ki, həmin məbləğin 130 mini nağd şəkildə pul, qalanı isə qızıl-zinət əşyalarıdır.
Təqsirləndirilən S.Şükürov qızıl-zinət əşyalarının əsas hissəsini tanışı Qədir Sultanova verdiyini söyləyib: "O da həmin qızılları vəzifəli şəxslərə verəcəkdi".
Təqsirləndirilən şəxsdən adları çəkilən Natiq Məmmədov və Qədir Sultanovdan istintaq orqanına məlumat verib-vermədiyi soruşulub.
S.Şükürov qeyd edib ki, hər iki şəxsin yaşayış yeri, iş yeri və telefon nömrələrini versə də onlar istintaqa çağırılmayıb.
Məhkəmənin gedişində Sahib Şükürov daha bir iddia səsləndirib, deyib ki, hazırda zərərçəkmiş şəxs olan Xanımbacı İsmayılova ölkədən 157 milyon manat çıxarıb: "Xanımbacı xanım "Bizim market"lər şəbəkəsinin sahibi idi. O "Yapıkredi" bankı vasitəsi ilə ölkədən 157 milyonu Türkiyəyə, oradan da Kanadaya göndərib. Orada olan qızı var idi. MTN bunu araşdırmışdı".
Zərərçəkmiş Xanımbacı İsmayılova deyilənlərin yalan olduğunu deyib.
Məhkəmənin davamında Natiq Məmmədovun anası Əsli Tarverdiyeva da ifadə verib.
O söyləyib ki, oğlu neçə müddətdir onunla yaşamır: "Oğlumun 45 yaşı var. Başqa bir məhkəmə işində də adı keçirdi. Qaçıb gizlənib. Yoldaşından da boşanıb".
Şahid söyləyib ki, oğlunun bahalı maşın sürməsindən, lüks restoranlarda yemək yeməsindən, nə işlər görməsindən xəbərsiz olub: "Mən Keşlədə yaşayıram. Elə evdə qalıram ki, görsəniz belə deməzsiniz".
O oğlunun xəstəxanalardan birində mühafizəçi işlədiyini bildiyini söyləyib.
Təqsirləndirilən S.Şükürov Natiq Məmmədovun anası ilə görüşdüyünü deyib: "Anası məndən xahiş edirdi ki, Natiqə vaxt verim".
Məhkəmədə işdə adı keçən Natiq Məmmədovun oğlu Raqub Məmmədov ifadə verib. O da bir neçə aydır atasını görmədiyini deyib.
"Atam tutulmuşdu. 1 ay həbsdə qaldı. 4-5 ay bundan əvvəl məhkəmədən buraxdılar. Sonra xəbərim olmayıb. Bir neçə dəfə məni ayrı-ayrı şəxslərdən pul almağa göndərib"- deyə şahid söyləyib.
O, atasının nə iş gördüyündən xəbərsiz olduğunu bildirib.
S.Şükürov 1958-ci ildə Sabirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də eyni maddə ilə təqsirli bilinərək həbs edildiyi və bir neçə illik azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.
İttihama görə Şükürov İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.