Türkiyədə polimer paketlərin market və digər ticarət mərkəzlərində pulsuz verilməsi artıq qadağan edilib.
Bu barədə istifadəçilər Facebook sosial şəbəkəsindəki hesablarında paylaşım edərək, narazılıqlarını bildiriblər.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, marketlərdə paketlər üçün pul tələbi alıcıların xoşuna gəlməyib.
Xatırladaq ki, qardaş ölkədə yanvar ayının 1-dən polimer paketlərinin pulsuz verilməsi qadağan edilib. Alıcılar hər paketə görə 25 kuruş (5 qəpik)ödəməli olacaqlar.
Bu tipli paketləri pulsuz verən mağazalar, hər verdiyi paketə görə, qanuna uyğun şəkildə 10 lirə, yəni 3 manat 60 qəpik cərimələnəcək.