Almaniyanın ARD ictimai televiziyasında efirə getmiş “Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanınsportschau.de idman xəbərləri saytında dərc olunmuş “Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbər verilir.
Trend-in məlumatına görə, qeyd edilir ki, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunur və bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir.
Bu cinayətkar şəbəkə o cümlədən futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.
2008-ci ildə Almaniyada futbol oyunlarında olan manipulyasiyaları araşdırmaq məqsədilə Boxum polisi tərəfindən yaradılmış “Soko Flankengott” adlı əməliyyat qrupunun aparıcı şəxslərindən biri, kriminal polis əməkdaşı Mixael Bahrs erməni cinayətkar qruplaşmalarının Almaniyada dələduzluq yolu ilə gəlir əldə etdiyini təsdiq edir. Bahrs idman mərclərinin manipulyasiyası üzrə aparıcı mütəxəssislərdən hesab olunur və onun bu işlərlə məşğul olan cinayətkar ünsürlər arasında böyük xəbərçi şəbəkəsi mövcuddur.
ARD televiziyasının erməni mafiyası daxilində anonimliyi qorunan mənbəyə istinadən təqdim etdiyi məlumata əsasən, erməni mafiyası müxtəlif idman növlərində yaxşı transmilli əlaqələrə malikdir və xüsusilə keçmiş şərq blokuna daxil olan ölkələrdən olan idmançılarla əlaqələr hesabına idman oyunlarının mərcində manipulyasiyalar edilir. Həmin mənbənin ARD-yə təqdim etdiyi siyahıda erməni mafiyasının Almaniyadakı üzvlərinin mərclərdən qazanmaq metodları öz əksini tapır. Siyahıda üç gün ərzində Ermənistanda futbol oyunları, Asiya ölkələrinin AFC kuboku, peşəkar tennis yarışları və Rusiyanın həndbol və basketbol yarışlarında 28 idman oyununun mərc edilməsinin təfərrüatları və həmin mərclərdən qazanılmış məbləğlər qeyd olunmuşdur. Oyunların manipulyasiyası hesabına 28 oyunun hamısında erməni mafiyası tərəfindən verilmiş proqnoz doğru çıxmışdır.
Həmin mənbənin verdiyi məlumata görə, mərc sindikatları bir neçə təbəqədən ibarət olur. Sindikatın mərkəzində “xaç atası” dayanır. Onun göstərişi ilə “fixer” adlandırılan şəxslər idman oyunlarının manipulyasiya edilməsi üçün idmançıları, idman funksionerlərini və hakimləri rüşvətlə ələ alır. Erməni mafiya şəbəkəsi smartfon proqramları vasitəsilə manipulyasiya edilmiş oyunlar barədə məlumat mübadiləsi edir. Şəbəkənin “runner”adlandırılan üzvləri müxtəlif bukmeyker ofislərinə gedərək və ya internet üzərindən həmin oyunları mərcə çıxarırlar. Bu proses eyni zamanda Almaniyanın müxtəlif şəhərlərində baş verir. Bukmeykerlərin “runner”lərin şəxsi məlumatlarını qeydə almaması şəbəkə üzvünün anonim qalmasını təmin edir. “Runner”lərin sayı çox olduqca, sindikatın da gəliri artır. – Ən çox Cənub-Şərqi Avropa ölkələrindəki futbol oyunları haqda, xüsusilə həmin oyunlar hələ davam edərkən qoyulan mərclər manipulyasiya edilir. Canlı oyunların mərci zamanı hər bukmeykerdən bir oyuna görə 300-500 avro qazanc əldə edilir. Amma bukmeykerlərin kütləviliyi hesabına ümumi gəlir böyük olur. Bəzən bukmeyker oyun üçün müəyyən edilmiş əmsalın həddən artıq böyüklüyünə görə oyunun manipulyasiya edilməsindən şübhələnərək əmsalı aşağı endirir, yaxud həmin oyunun mərcini öz sistemindən çıxarır. Bu vaxt “runner”lər dərhal başqa bukmeykerə üz tuturlar.
Erməni mafiyasının bu fəaliyyəti ilə əlaqədar cari ilin iyun ayında Brüsseldə polis əməliyyatı keçirilmiş, 21 mənzildə axtarış aparılmış, nəticədə oyunları mərcə çıxarılmış Belçika tennisçilərinə məğlub olmaq üçün rüşvət verildiyi faktı ortaya çıxarılmış, həmin mərclərin manipulyasiyasına görə 13 şəxs həbs edilmiş, 6 erməniyə qarşı ittiham irəli sürülmüşdür.
ARD-nin mafiyadakı anonim mənbəyinin məlumatına görə, Almaniyadakı erməni mafiyası Belçikadakı erməni mafiyası ilə idman mərclərinə dair məlumat mübadiləsi edir. Belçikadakı polis əməliyyatından sonra iz itirmək məqsədilə bu əlaqələrə bir müddət son qoyulmuş, amma bir neçə aydan sonra şəbəkənin fəaliyyəti tam bərpa edilmişdir.
Oxşar polis əməliyyatları və axtarışlar Almaniya, ABŞ, Fransa, Bolqarıstan, Slovakiya və Niderlandda da həyata keçirilib. Sözügedən məlumatlar 02.11.2018 tarixində Spiegel online xəbər saytında dərc edilmiş “Erməni mafiyası Almaniyada necə fəaliyyət göstərir” başlıqlı məqalə və 07.11.2018 tarixində MDR televiziyasında (ARD ictimai televiziyalar qrupuna daxildir) efirə verilməli olan, amma həmin gün Berlin məhkəməsinin qərarı ilə müvəqqəti olaraq nümayişi dayandırılmış “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” başlıqlı sənədli filminin ardınca alman mətbuatının erməni mafiyası mövzusunda apardığı araşdırmanın yeni nəticələridir. Araşdırmaların mərkəzində Almaniyanın ictimai televiziyalarının dayanması və dərc olunan məlumatlarda Almaniyada erməni mafiyasının mövcudluğuna dair Almaniyanın hüquq-mühafizə orqanlarından istinadların təqdim edilməsi bu mövzunun ictimailəşdirilməsində Almaniyanın dövlət qurumlarının maraqlı olduğunu hesab etməyə əsas verir. Böyük maliyyə resurslarına malik olan və Almaniya daxil olmaqla, Avropa ölkələrində kök atmış erməni mafiyası Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və ümumiyyətlə, Avropa siyasi sistemində siyasətçilərin pul yolu ilə ələ alınması, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin təşkil olunması, Avropa ölkələrinin mətbuat orqanlarında Azərbaycana qarşı kampaniyaların aparılması kimi çirkin işləri də həyata keçirir. Erməni mafiyası əslində erməni lobbisidir və kifayət qədər siyasiləşmiş radikal təşkilatdır. Avropanın paytaxtı hesab olunan Brüsseldə isə erməni mafiyasının xaç atası brilyant biznesi ilə məşğul olan Kaspar Karampetiandır. İsveçrədə isə erməni mafiyasının xaç atası rolunda çıxış edən şəxs dünyaca məşhur Frənk Müller saatlarının istehsalçısı, Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətləri talan edən Vartan Sermakesdir. Almaniya polisinin ardınca Belçika və İsveçrə polisləri də bu şəxslərin fəaliyyətini araşdırmalıdırlar.