Növbəti ildə avtomobillərin qiymətindəki artım sürətlənəcək.
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov yazıb.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri gələn il yanvarın 1-dən etibarən artırılacaq.
“Dəyişikliyə əsasən, bütün növ mühərrikə malik avtomobillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikinin həcmi 2000 sm3-dək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib.
Bu göstərici 3000 sm3-dək olan avtomobillər üçün əvvəllər 400 manat və mühərrikin həcminin 2001- 3000 sm3 hissəsi üçün hər kubsantimetrə görə 3 manat idisə, gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur”, – ekspert bildirib.
O əlavə edib ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir.
“Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, belə kiçik mühərrikli avtomobillərin idxalındakı vergiləri yüksəldilməsi izah edilən deyil. Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər”, – V.Bayramov qeyd edib.
İqtisadçının fikrincə, buna görə də, mühərrikin həcmi 2000 ksm3-dək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi:
“Eyni zamanda gücü 3000 sm3-dək olan avtomobillərdə vergi artımı da cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir”.