Kontakt Home mağazalar şəbəkəsindən Hoffmann Neo A900 model telefon (imei – 354 653 ***** 53 43 / 354 653 ***** 53 50) alan müştərinin dediklərinə görə, telefon alınarkən ona “Qızıl Zəmanət” təklif olunub və qızıl zəmanət üçün müştəriyə təxminən 80 manat əlavə pul ödəyəcəyi bildirilib. Bununla razılaşan müştərinin telefonu 3 aydan sonra əlindən yerə düşərək fiziki zədə alıb və telefonun ekranında çatlar əmələ gəlib.
Müştəri qızıl zəmanətin şərtlərinə əsaslanaraq 11 dekabr 2018-ci il tarixdə təxminən saat 18:30 radələrində Kontakt Home-un Neftçilər filianına, servisə (AA0086 sıra nömrəsi ilə 3-cü kassa) müraciət edib. Servisdən bildiriblər ki, telefon fiziki zədə alarkən onun korpusu deformasiyaya uğrayıb və yeni ekranın qoyulması üçün korpus mütləq şəkildə dəyişməlidir. Servisin əməkdaşı qeyd edib ki, korpusda yaranan problemlər “Qızıl Zəmanət”-ə aid olmadığına görə əlavə olaraq müştəri 75 manat pul ödəməlidir.
Bununla razılaşmayan müştəri Kontak Home mağazalar şəbəkəsinin qısa nömrəsi olan *6060-a zəng edərək təklif edib ki, əgər sizin mütəxəssislər “deformasiya”-ya uğramış telefonun ekranını dəyişə bilmirlərsə o zaman ekranı bizə təqdim edin özümüz dəyişək. *6060 nömrəsindən müştəriyə bildiriblər ki, müraciətinizi qeydə almışıq və yenidən sizinlə əlaqə yaradacayıq.
Bir müddət sonra müştəriyə zəng edərək ona bildiriblər ki, servis tərəfindən ona yeni ekran təqdim edə bilməzlər, çünki ekran korpusa birləşmiş şəkildə olur.
Burada sual yaranır – Əgər ekran korpusa birləşmiş şəkildə olursa bəs nə üçün ekrana zəmanət verilir?
Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, telefonun korpusu deformasiyaya uğramasa belə ekranla bərabər korpusda dəyişilməlidir.
Müştəri baş verənlərlə əlaqədar olaraq məhkəməyə müraciət edəcəyini vurğulayıb!
Məlumat üçün qeyd edək ki, Hoffmann modelləri üçün ehtiyyat hisslələri yalnız Kontakt Home-də var. Əgər müştəri lazım olan ehtiyyat hissəsini tapa bilmirsə bu zaman məcbur olur ki, “Qızıl Zəmanət” tələsinə düşsün.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!(sfera.az)