Bakı sakini Tale Əsədov “Smart telecom”dan 2200 manata “İphone Silver” markalı telefon alıb. Müştəri ilə mağaza arasında telefona 1 il müddətində zəmanət verilməsi haqda müqavilə bağlanıb.
Tale Əsədov “Yeni Müsavat”a deyir ki, telefon bir neçə ay normal işləyib, sonradan telefonun ekranının bir hissəsi işləməyib: “Telefonun zəmanət sənədini də götürüb mağazaya getdim. Orada dedilər ki, zəmanət ekrana aid deyil. Bəs nəyə aiddir? Ekran telefonun ekranıdır. Məgər telefonu ekransız satırlar? Təmir etmələrini tələb etdim. Telefonu alıb getdilər, guya “World Telekom”a aparıblar. Mən özüm də onlardan rəsmi sənəd tələb etdim. Yazıb verdilər ki, ekranda zərbə var. Faktiki isə heç bir zərbə yoxdur. Telefonu açmayıblar, heç bir iş görməyiblər. Sadəcə üzdən baxıblar və deyirlər zərbə var. Bunu nəyə əsasən deyirlər, bilmirəm”.
Tale Əsədov deyir ki, baş verənlərdən sonra telefonun servis mərkəzinə yaxınlaşıb: “Orada isə dedilər ki, telefonun ekranına zərbə dəysəydi, ekran ümumiyyətlə işləməzdi. Telefonun ekranının bir kənarı işləmir. Məgər telefonun ekranı 3 hissədən ibarətdir ki, zərbə alanda 1 hissəsi işləmir, qalan 2 hissə işləyir? Telefonun proqramında pozuntu var. Servisdə dedilər ki, biz açıb təmir etsək, mağazadan verilən zəmanət qüvvədən düşmüş hesab ediləcək. Ona görə də telefonun açılıb təmir olunmasına razılaşmadım”.
Tale Əsədov bildirib ki, mağazadan ona deyiblər ki, hara istəsə, şikayət edə bilər: “Hüquq mühafizə orqanlarına, məhkəməyə müraciət edəcəyəm. İstehlakçıların hüquqları ilə məşğul olan dövlət qurumlarının da işə qarışmasını istəyirəm. Mağaza 1 il zəmanət verdiyi və zəmanət müddəti bitməmiş sıradan çıxan telefonu təmir etmək istəmir. Deyirlər ki, 2200 manata telefon almısan, təmir etməyə 650 manat pul tapmırsan? Zəmanət vermələrini unudurlar”.
Tale Əsədov qəzetimiz vasitəsi ilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək “Smart telecom”da baş verən qanunsuzluqları araşdırmağa çağırıb.
“Smart telecom”dan ittihamlara cavab vermək istəsələr, mövqelərini dərc etməyə hazırıq.