ABŞ-da bərbərxanaların birində baş verən hadisə bərbərin həbs olunmasına səbəb olub.
Amerikada çalışan 46 yaşlı bərbər Haled Şabani ilə 22 yaşlı müştəri arasında dava düşüb. Davaya bərbərin müştərinin başını daz etməsi səbəb olub.
Belə ki, ilk əvvəl mübahisəyə bərbərin müştərinin qulağını səhvən kəsməsi səbəb olub. Mübahisə əsnasında çılğın bərbər gənc oğlanı “kreslo”dan qalxmağa qoymayıb. Çəkişmə əsnasında bərbər müştərinin saçını ortadan daz şəkildə kəsib. Bərbərin əlindəki saçkəsən maşının “dişi” taxılı olmadığı üçün müştərinin başı keçəl olub.
Baş verənlərdən sonra 22 yaşlı müştəri polisə şikayət edib. Şikayət əsasında saxlanılan 46 yaşlı bərbər “səhvən adam yaralama” və insana “mənəvi zərərvurma” maddəsilə günahkar hesab edilib.
Saxlanılan şəxsin yaxın vaxtlarda məhkəməyə çıxacağı gözlənilir. Zərər çəkən müştəri isə onu bağışlamayacağını bildirib.