Millət vəkillərinə intizam tədbirlərinin tətbiqi qaydası dəyişdirilir.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin (MM) Daxili Nizamnaməsinin 47-ci maddəsinə (Parlamentdaxili məsuliyyətə cəlb olunan MM-in deputatına intizam tədbirlərinin tətbiqi qaydası) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilən əsas olduqda, parlamentin, yaxud onun komitə və ya komissiyasının iclaslarına sədrlik edən tərəfindən MM-in deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir.
Yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam Komissiyasına təqdimatla müraciət edilir. İntizam Komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edir.
Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:
Bu qanunun 45-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü bəndlərində göstərilən əsaslara görə, MM-in, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən MM-in deputatına xəbərdarlıq edə, onun sözünü kəsə və ya onu iclas salonundan çıxara bilər.
Bir qayda olaraq, iclas salonundan çıxarma qaydanı kobud surətdə pozan deputatlara tətbiq edilir.
Dəfələrlə xəbərdar olunan, sözü kəsilən, iclas salonundan çıxarılan deputatın məsələsi MM-in sədrinin, yaxud komitə və ya komissiyanın sədrinin təqdimatı ilə baxılmaq üçün İntizam komissiyasına göndərilir.
İntizam komissiyası bu məsələyə həsr olunmuş iclası beş gün müddətində keçirə və məsələyə baxarkən MM-in iclaslarının stenoqramlarından və videoyazısından istifadə edə bilər.
İntizam komissiyanın qərarı ilə intizamı pozan deputata töhmət verilə bilər.