Bəzi hallarda rəsmi tədbirlərə dəvət olunan nazirlər məkana öz şəxsi mühafizə xidməti ilə birlikdə gəlir. Hətta bir çox naziri, vəzifəli şəxsi qoruyan işçiləri onun yanından bir dəqiqə belə ayrılmır. Halbuki, əksər hallarda nazirlərin və digər rəsmilərin bu qədər əlçatmaz olması, özünü adi insanlardan fərqləndirməsi birmənalı qarşılanmır. Sözügedən mənzərə ilə qarşılaşanlar bunu tənqid edir, nazirlərin, deputatların, rəsmi şəxslərin addımını müsbət dəyərləndirmir.
Azərbaycanda nazirlərin mühafizəsini öz üzərinə götürən qurum Xüsusi Dövlət Mühafizə Xidmətidir (XDMX).
Müxtəlif nazirliklərdən Modern.az-a verilən məlumata görə, mühafizə xidmətindən istifadə edib-etməmək nazirin şəxsi seçimidir. Yəni hansısa nazir könüllü şəkildə mühafizə xidmətindən imtina edə bilər, mühafizəçiləri olmadan səlahiyyətlərini həyata keçirər. Bəzi rəsmilər müvafiq orqandan mühafizəçi ilə təmin edilsə də, onların xidmətindən yalnız müəyyən məqamlarda istifadə edirlər.
Modern.az-a verilən məlumata əsasən, indiyə kimi Xüsusi Dövlət Mühafizə Xidmətinə müraciət edərək, mühafizə dəstəsindən imtina edən rəsmi şəxs olmayıb. Buna baxmayaraq, kağız üzərində mühafizə dəstəsindən istifadə edən, reallıqda isə mühafizəçilərlə gəzməyən nazirlərin olması istisna deyil.
İstənilən halda, nazirlərin, rəsmilərin və digər vəzifəli şəxslərin bu və ya digər şəkildə sərəncamında mühafizə xidməti var.
Xatırladaq ki, 1830-cu illərdə Amerikada atlı poçt arabalarının qorunması məqsədi ilə başlanan özəl təhlükəsizlik və mühafizə xidmətləri, sonralar dünyanın bir çox ölkələrində tətbiq edilib. Bu gün xüsusi təhlükəsizlik sahəsi bütün dünyada sürətlə inkişaf edir. Hətta mühafizə sahəsində çalışan işçilərin polislərdən belə çox olduğu qeyd olunur. Dünyada qeydiyyatda olan xüsusi təhlükəsizlik işçilərinin sayı artıq 20 milyona çatıb.
Mühafizə sektorunda məşğulluq baxımından Avropa regionu liderdir.