Xalq artisti, bəstəkar Ruhəngiz Qasımova əfsanəvi sənətkar Rəşid Behbudovla bağlı xatirələrini paylaşıb və onunla ilk tanışlığı barədə danışıb.
Qasımova "Könül dünyamız" verilişində Behbudovla tələbə ikən tanış olduğunu deyib:
"Tələbə idim, günlərin birində yazdığım mahnıları qoltuğuma vurub evlərinə getdim. O vaxta qədər də hələ uşaq yaşlarımdan Rəşid Behbudova qulaq asırdım. Qapını döydüm, özü açdı və kimi axtardığımı soruşdu. Dedim ki, sizi istəyirəm, Konservatoriyanın bəstəkarlıq fakültəsində oxuyuram. Geriyə çevrilib həyat yoldaşına xitabən dedi ki, Ceyran, bizə gənc bəstəkar gəlib. İçəri dəvət ediləndən sonra bərk həyəcanlandım ki, hara gəlib çıxmışam.
Əvvəlcə "İntizar" mahnımı ifa etdim. Soruşdu ki, sən bu yaşda hansı ayrılıqdan təsirlənib belə mahnı yazmısan? Dedim ki, atamı itirmişəm. Məni özünə sıxdı və təsəlli verərək dedi ki, mən də həm atamı, həm anamı itirmişəm. Ardınca "Layla" mahnımı ifa etdim.
Məndən bu mahıları götürüb qatladı və kənara qoydu. Dedi ki, bundan sonra səs üçün nəsə yazsan, əvvəlcə mənə göstər. Amma nə zaman oxuyacağım sənin işin deyil. Bundan sonra davamlı ünsiyyətimiz və iş birliyimiz başladı. 1964-cü ildə anamla Moskvaya getmişdik. "Lujniki" stadionunun yaxınlığında dondurma yeyirdik. Birdən çox doğma səs və melodiya eşitdim. Anama dedim ki, bu, mənim "Laylay" mahnımdır, Rəşid Behbudov oxuyur. Dedi ki, ay qız, dondurmanı ye, Rəşid Behbudov sənin mahnını oxuyandı? Musiqi səsi gələn köşkə yaxınlaşdım və həmin valdan ikisini aldım. Valın üzərində Rəşid Behbudovun, Bəxtiyar Vahabzadənin və mənim adım yazılmışdı. Mənimçün bundan gözəl hədiyyə ola bilməzdi. Aldığım iki valdan birini Bakıya gələndə ona hədiyyə etdim.
R.Qasımova bildirib ki, R.Behbudov bəzən mahnıları illərlə məşq edib oxuduqdan sonra tamaşaçıya təqdim edirmiş:
"Anacan, dostum evlənir" mahnısını Rəşid müəllimə təqdim edəndə subay idim. O mahnı oxununca nişanlandım da, ərə də getdim, ana da oldum. Təxminən illik məşqdən sonra oxumuşdu. Sonuncu mahnımız isə "Azərbaycanım" oldu. Həmin əsəri konsertlərdə canlı oxuyurdu, lentə yazdırmağa isə ömür vəfa etmədi".